2.Azərbaycan-Alman-Türk Tibb Konqresinə regionda ilk dəfə 24 CME balı verildi

Məlumat verdiyimiz kimi, 21-25 aprel 2016-cı il tarixlərində Bakıda Monolit plaza otelində 2.Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcəkdir. Konqresdə azərbaycanlı alimlərlə bərabər Almaniya, İsveçrə, Türkiyə və s. ölkələrdən 15-dən çox tanınmış alimlər iştirak edəcək.

Sevindirici hallardan biri odur ki, bu konqres Avropanın davamlı tibb təhsili ilə məşğul olan institutları tərəfindən nüfuzlu beynəlxalq konqres kimi tanınmış və 2.Azərbaycan- Alman-Türk Tibb Konqresinə 24 CME balı verilmişdir. Müqayisə üçün onu da qeyd etmək lazımdır ki, bu Alman Cərrahlar Cəmiyyətinin illik konqresində iştirakçıların qazandığı kredit balına bərabərdir. Beləliklə, 2.Azərbaycan-Alman-Türk Tibb Konqresin və konqres çərçivəsində təşkil olunacaq treyninqlərin iştirakçılarına üzərində 24 CME balını təsdiq edən barkod yerləşdirilmiş beynəlxalq statuslu sertifikatlar veriləcəkdir.

Hörmətli həkimlər, rezidentlər və tələbələr! Siz də bu beynəlxalq statuslu tədbirin iştirakçısı olmağa tələsin. Qeydiyyat online olaraq konqresin rəsmi səhifəsi olan www.agtmed-congress.com üzərindən aparılır. Onu da qeyd etmək lazımdır ki, treyninqlərdə əksər qruplarda yerlər artıq dolmuşdur və konqresə 1 həftə qalmış qeydiyyat dayandırılacaqdır.

Hörmətlə,
Təşkilat Komitəsi

ÄKN Bewertung Baku 2016


Paylaş: