Ümumi və laparoskopik cərrahiyyə kursları

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyəti, AlmazAkademie Tibbi Treyninq Mərkəzi tərəfindən Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə 26-28 yanvar 2018-ci il tarixlərində respublikamızda cərrahiyyə, ginekologiya və urologiya ixtisasları üzrə təhsil alan rezidentlər üçün “Ümumi və laparoskopik cərrahiyyə üzrə treyninq kursları” keçiriləcəkdir. Bu kurslar rezidentlərin təhsil proqramı çərçivəsində keçirilməklə davamlı tibb təhsili üzrə  Səhiyyə Nazirliyi tərəfindən akreditasiya olunaraq iştirakçılara, treynerlərə və instruktorlara müvafiq kredit balı veriləcəkdir.

     Kursun ilk günü iştirakçilar ümümi və laparoskopik cərrahiyyənin, ginekologiyanın və urologiyanın aktual məsələlərinə həsr olunmuş mühazirələr dinləyəcək, onları maraqlandıran suallar  yüksək ixtisaslı mütəxəssislər tərəfindən cavablandıracaq və müvzular ətrafında diskussiyalar aparılacaqdır.

     Kursun  növbəti 2 günü ərzində iştirakçılar seçdikləri qrupdan və səviyyədən asili olaraq təcrübəli treynerlərin və instruktorların nəzarəti altında müxtəlif praktiki vərdişlər üzrə  treyninqlər keçəcəklər. Treyninqlər Avropadan gətirilmiş xüsusi treyninq  modelləri və canlı toxumalar üzərində Davos Treyninq Kursları və Royal College of Surgery tərəfindən işlənib-hazırlanmış tədris proqramları əsasında keçiriləcəkdir. Kurs iştirakçıları laparoskopiya üzrə fundamental vərdişlər, klipləmə, kamera ilə işləmə, disseksiya vərdişləri, açıq cərrahiyyə üzrə isə düyün və tikiş vərdişləri, müxtəlix növ anastomoz texnikaları kimi bacarıqlar əldə edəcəklər.

   Kursun sonunda iştirakçılara beynəlxalq səviyyəli sertifikatlar təqdim olunacaqdır.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: