Dünən Azerbaycan Respublikası Səhiyyə Nazirliyi M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin təşkilati dəstəyi ilə ve Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün tibbi treyninq kurslarının açılışı olmuşdur. Tədbiri M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin direktorunun elmi işlər üzrə müavini prof.H.İsayev açaraq tədbirin mahiyyəti haqqında məlumat vermiş və kurs iştirakçılarına uğurlar arzulamışdır. Səhiyyə Nazirliyinin nümayəndəsi T.Əhmədova bu cür tədbirlərin əhəmiyyətindən danışmış və kursun təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da cərrahlar və cərrahi yönümlü bütün ixtisas mütəxəssisləri-nin hazırlığı məqsədi ilə xüsusi treyninqlər və məşğələlərdən istifadə edilir. Artıq neçə illərdir rezidentura təhsilinə başlanılmiş və dünyanın qabaqcıl ölkələrində bu sahədə olan yeni , müasir standartların tətbiqinə start verilmişdir. Bu ildən başlayaraq , təhsil müddətində rezidentlərin vacib keçməli olduğu bəlli treyninq kursları müəyyən edilmiş və bunların tətbiqinə başlanmışdır.Dünən açılışı keçirilən kurslar da məhz bu yönümdə atılan uğurlu addımların biridir. Bu kursların cərçivəsində dünən M.Topçubaşov ad.Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümov , Azərbaycan Tibb Universitetinin professoru İ.Mahalov və Dr.Med. E. Muxtarov tərəfindən cərrahiyyənin , ginekologiyanın və urologiyanın ən müsair aktual məsələlərinə həsr olunmuş mühazirələr oxunmuşdur. Bu gün ise treyninq kursları rəsmən işinə başlamışdır. Ümumi və laparoskopik cərrahiyyədə basic qrupda hər birində 10 nəfər olmaqla cərrahiyyə, ginekologiya və urologiya sahələri üzrə müxtəlif kurslarda təhsil alan rezidentlərə cərrahiyyədə düyünvurma texnikaları, laparoskopik cərrahiyyənin ümümi əsasları, kamera ilə işləmə, göz-əl koordinasiyası, cərrahi və dənizçi düyününün müxtəlif növ formaları Avropada tədris edilən öyrədici videoların nümayiş etdirilməsi ilə öyrədilmiş və günün sonunda bu vərdişlərin iştirakçılar tərəfindən necə mənimsənilməsi yoxlanılmışdır. Sabah həmin qruplardan treyninqlərin davamı olacaq.