Professor Q.Müslümov rezidentlər üçün növbəti mühazirəni oxuyacaq.

Məlumat verdiyimiz kimi, 2018-ci ildən başlayaraq  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq  Cəmiyyəti, Almaz  Akademie  Tibbi Treyninq   Mərkəzi   tərəfindən Avropanın Gastrointestinal Cərrahiyyə üzrə məşhur Davos Kurslarının treyneri Prof.Dr Qurbanxan Müslümov tərəfindən   cərrahiyyə   yönümlü ixtisaslar üzrə (ümumi cərrahiyyə , ginekologiya, urologiya, onkologiya, neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi və s. ) təhsil  alan  rezidentlər üçün   rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin  müxtəlif problemlərinə həsr olumuş  silsilə  məruzə- seminarlar  və  treyninqlər təşkil ediləcəkdir. Bunda məqsəd  dünyanın qabaqcıl ölkələrində ixtisas təhsili verən mərkəzlər tərəfindən qəbul olunmuş təhsil formatında  mühazirələrin və treyninqlərin keçirilməsidir. Bu tədbirlər çərçivəsində növbəti məruzə-seminar 02.03.2018-ci il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalında “Açıq və Laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları” mövzusunda olacaqdır. Mühazirə zamanı həm açıq, həm də laparoskopik cərrahiyyədə istifadə edilən düyünlərin növləri, xarakteristikası, bu zaman istifadə edilən alətlər və s. haqqında geniş nəzəri məlumatlar veriləcək, canlı toxumalar üzərində bəlli texnikalar əyani olaraq nümayiş etdiriləcək və video-xülasə iştirakçıların nəzərinə çatdırılacaqdır. İştirakçıları maraqlandıran suallar mühazirəçi tərəfindən ətraflı cavablandırılacaqdır. Mühazirəyə giriş sərbəstdir. Maraqlanan hər bir kəs iştirak edə bilər.

Ətraflı məlumat üçün:

http://gurbanmuslumov.com/leksiyalar/

Əlaqə üçün: (012) 533 06 34

FB:  ALMAZ Akademie


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: