Məlumat verdiyimiz kimi, 2018-ci ildən başlayaraq M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi tərəfindən Avropanın Gastrointestinal Cərrahiyyə üzrə məşhur Davos Kurslarının treyneri Prof.Dr Qurbanxan Müslümov tərəfindən cərrahiyyə yönümlü ixtisaslar üzrə (ümumi cərrahiyyə , ginekologiya, urologiya, onkologiya, neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi və s. ) təhsil alan rezidentlər üçün rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin müxtəlif problemlərinə həsr olumuş silsilə məruzə- seminarlar və treyninqlər təşkil ediləcəkdir. Bunda məqsəd dünyanın qabaqcıl ölkələrində ixtisas təhsili verən mərkəzlər tərəfindən qəbul olunmuş təhsil formatında mühazirələrin və treyninqlərin keçirilməsidir. Bu tədbirlər çərçivəsində“ Elektrocərrahiyyənin əsas prinsipləriʼʼnə həsr olunmuş ilk məruzə-seminar 25.12.2017-ci il tarixdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalinda keçirilmişdir . Məruzə zamanı elektrocərrahiyyənin tarixi ,növləri və bu bunun haqqında ümumi cərrah nələr bilməlidir, cərrahiyyədə istifadə olunan enerji növləri ,onların doğru istifadə edilməməsi nəticəsində baş verə biləcək ağirlaşmalar,onların profilaktikası barədə nəzəri bilgilərlə yanaşı həm də əyani nümayişlər olmuş ,mövzu ətrafında canlı disskusiyalar təşkil edilmişdir (https://www.youtube.com/watch?v=vIiwloPhfLM)
Növbəti məruzə 26.01.2018 tarixdə saat 15.00-da M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mühazirə zalında keçiriləcəkdir. Məruzənin mövzusu “Cərrahiyyədə baş verən səhvlərin anatomiyası və onlardan qorunma yolları”dır.
Məruzə zamanı açıq və laparoskopik cərrahiyyədə baş verən ağırlaşmalar barədə nəzəri məlumatlarla yanaşı , müxtəlif səhvlərin baş vermə mexanizmləri və səbəbləri barədə video təqdimatlar ediləcək, bu səhvlardən qorunma mexanizmləri barədə əyani nümayişlər ediləcək və interaktiv diskussiyalar təşkil ediləcəkdir.
Məruzədə iştirak etmək pulsuzdur. Maraqlanan hər bir kəs 25 yanvar 2018-ci il saat 15.00 qədər onlayn olaraq aşağıdakı linkdən qeydiyyatdan keçməsi vacibdir https://docs.google.com/forms/d/e/1FAIpQLSfb-WLdi8cAa-ByrgAuEEMaf35ZFj6_mdyZELa3v3AXz54z-g/viewform
Nəzərinizə çatdırırıq ki, kurslarda rezidentlərlə yanaşı həkimlər də iştirak edə bilərlər, lakin siyahı tərtib edilən zaman rezidentlərə üstünlük veriləcəkdir.
Ətraflı məlumat üçün
http://gurbanmuslumov.com/leksiyalar/
Əlaqə üçün: (012) 533 06 34
FB: ALMAZ Akademie