Professor Q.Müslümov rezident və həkimlər üçün mühazirə oxudu.

26.01.2018 tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ,    cərrahiyyə   yönümlü (ümumi cərrahiyyə ,neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi, ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə  təhsil  alan  rezidentlər  və həkimlər üçün  “Cərrahiyyədə baş verən səhvlərin anatomiyası  və onlardan qorunma yolları” mövzusunda   professor  Q.Müslümov tərəfindən  məruzə oxunmuşdur.Məruzədə Azərbaycanın müxtəlif bölgələrindən və Bakı şəhərindən gəlmiş 40 dan artıq həkim iştirak etmişdir.. Məruzə gedişində ümumiyyətlə insanın səhv etmə fəlsəfəsi ,buna aparan yollar ,bunun əsas  səbəbləri və ondan qorunma yolları müxtəlif prizmalardan analiz olunmuşdur.Cərrahiyyədə baş verən bəzi səhvlərə gətirən səbəblər xüsusi video-materiallar üzərində analiz edilmiş ,yorğunluğun ,stressin,xəstə amillərinin həkimi səhv etməyə necə sövq etməsi  barədə çox geniş analitik yanaşma verilmişdir.Daha sonra  əsasən cərrahi səhvlər ,onların baş vermə mexanizmləri,cərrahi əməliyyatlarda  baş verən səhvlərdən necə qorunma yolları  da etibarlı mənbələrə istinad edilməklə elmi cəhətdən araşdırılmışdir.Sonda iştirakçıların sualları ətrafında maraqlı diskussiyalar aparılmışdır.Xatırladaq ki ,bu məruzələr Səhiyyə Nazirliyi və M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə lahiyəsidir və il ərzində oxunacaq məruzələrin tam  siyahısı,mövzusu və təqvim planı haqqında   http://gurbanmuslumov.com/      saytından və Səhiyyə Nazirliyinin saytından  məlumat almaq mümkündür.

Məruzələrdə  iştirak etmək pulsuzdur. Xatırladaq ki, növbəti leksiya  02.03.2018 tarixdə “Açıq və laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma  texnikaları”mövzusunda olacaqdır

Maraqlanan hər bir kəs iştirak  etmək üçün bu linkdən online qeydiyyatdan keçməlidir.https://docs.google.com/forms/d/e/1FAIpQLSfb-WLdi8cAa-ByrgAuEEMaf35ZFj6_mdyZELa3v3AXz54z-g/viewform


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: