HƏKİMLƏR VƏ REZİDENTLƏR ÜÇÜN NÖVBƏTİ MÜHAZİRƏ

 2018-ci ildən başlayaraq  M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq  Cəmiyyəti, Almaz  Akademie  Tibbi Treyninq   Mərkəzi   tərəfindən   cərrahiyyə   yönümlü (ümumi cərrahiyyə ,neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi, ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə  təhsil  alan  rezidentlər üçün   rezidentura təhsili proqramına uyğun olaraq cərrahiyyənin  müxtəlif problemlərinə həsr olumuş  silsilə  məruzə- seminarlar  və  treyninqlər təşkil edilir.Bu məruzələrin  əsas  məqsədi  dünyanın qabaqcıl ölkələrində ixtisas təhsili verən mərkəzlər tərəfindən qəbul olunmuş təhsil formatında  mühazirələrin və treyninqlərin keçirilməsidir.

        Növbəti məruzə  25.05.2018 tarixdə saat 15.00-da olacaqdır.Məruzənin mövzusu “Laparoskopik cərrahiyyədə müasir yeniliklər və nailiyyətlər” -dir.

     Məruzə haqqında  nəzəri məlumatlarla yanaşı  ,video təqdimat,mövzuya aid cərrahi texnikalar , ləvazimətlər və s. nümayiş etdiriləcəkdir.

      Məruzədə  iştirak etmək pulsuzdur. Maraqlanan hər bir kəs iştirak edə bilər.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: