Davosdan daha bir yenilik

2016-cı ilin 27 fevral – 4 mart tarixlərində İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq Qastrointestinal Cərrahiyə üzrə Kurs işini uğurla davam etdirir. Artıq xəbər verdiyimiz kimi, bu il adı çəkilən yüksək reytinqli kursda Azərbaycanı 4 nümayəndə təmsil edir. Bu nümayəndələrdən biri artıq 3 ildir ki, həmin kurslarda treyner qismində çıxış edən Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) sədri prof. Dr. Q. Müslümovdur.

Yaxın günlərdə yuxarıda qeyd olunan prestijli və Avropa miqyasında böyük çəkiyə malik olan bu kurslar tərəfindən GAMCA nəznində fəaliyyət göstərən Tibbi Treyninq Mərkəzi rəsmən tanınması və bu kursun 2018-ci ildə Bakıda keçirilməsi məsələsinin müzakirəsi planlaşdırılıb. Bu barədə ətraflı məlumat almaq üçün, son xəbərlərimizi izləyin.

***

The International Gastrointestinal Surgery Workshop which takes place on 27 February – 4 March, 2016  in Davos, Switzerland continues its work succesfully. As reported earlier, 4 representatives from Azerbaijan are participating this high-rated course this year. One of the representatives is Chairman of German – Azerbaijan Medical Cooperation Society (GAMCA) Prof. Dr. Q. Muslimov, who takes part in this workshop as a trainer for more than 3 years.

The official recognition of Medical Training Center of GAMCA by aforementioned prestigious courses in Europe and discussion around holding this workshop in Baku in 2018 is planned on Thursday, 3th March. Follow us for more information on the latest news.


Paylaş: