İsveçrənin Davos şəhərində keçirilən və Avropanın cərrahiyə sahəsindəən prestijli treyninq kursları hesab edilən 33-cü Beynəlxalq Qastrointestinal Cərrahiyə Kursları uğurla davam edir və Almaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri həmin Kurslarda bu il də iştirak etmək üçün dəvət alıblar. Azərbaycanı bu mötəbər tədbirdə Prof Q. Müslümov ilə yanaşı, daha 3 gənc təbibimiz də təmsil edir. Bu gənclər isə tədbirə iştirakçı qismində qatılmışlar.
Bununla artıq 3 ildir ki, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) sədri, prof.Dr.med Qurbanxan Müslümov həmin kurslarda treyner qismində iştirak etdir. Bu da treyninqlərdə iştirakın GAMCA tərəfindən daha güzəştli şərtlərlə aparılmasını mümkün edir.
Treyninqlər ənənəvi olaraq sadə, orta və ixtisaslaşmış qruplarda 3 səviyyədə açıq və laparoskopik cərrahiyədə məşhur Davos texnikalarının tədrisi üzrə keçirilir. Kursun metodlarına həmçinin virtual reallıqda treyninqlər də daxildir. Qeyd etmək lazımdır ki, Davos Kursları Avropada bu sahədə mövcud olan ən reytinqli treyninq kurslarıdır. Bu kurslar artıq gənc cərrahların təliminin mühüm hissəsinə çevrilib və əksər Avropa cərrahi cəmiyyətləri tərəfindən tanınır. Kursun proqramı “Berufsverband Deutscher Chirurgen” (BDC), the Swiss Association for Laparoscopic and Thoracoscopic Surgery (SALTS) kimi ixtisaslaşmış qurumların prinsipləri və “Chirurgische Arbeitsgemeinschaft für Endoskopie” (CAE) birliyinin tövsiyələrinə uyğun olaraq işlənib hazırlanmışdır.