Davos kurslarına qeydiyyat başlayır

Cərrahlar və rezidentlər üçün 1- 6 aprel 2017-ci il tarixlərində İsveçrənin Davos şəhərində ildə bir dəfə keçirilən ʼQASTROİNTESTİNAL CƏRRAHİYYƏDƏ AÇIQ VƏ LAPAROSKOPİK CƏRRAHİ TEXNİKALARʼ üzrə 1 həftəlik növbəti treyninq kurslarında iştirak etmək üçün qeydiyyat başlayır. Məlumat  verdiyimiz kimi, artıq 2 ildir ki, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) sədri, prof.Dr.med Qurbanxan Müslümov həmin kursların treyneri olduğundan Azərbaycandan olan iştirakçıların daha güzəştli şərtlərlə treyninqlərə qatılması mümkün olmuşdur.
Treyninqlər ənənəvi olaraq  sadə, orta və ixtisaslaşmış qruplarda 3 səviyyədə açıq və laparoskopik cərrahiyyədə məşhur Davos texnikalarının tədrisi üzrə keçiriləcəkdir. Hər bir iştirakçı treyninqlərin gedişində müxtəlif növ anastomoz texnikaları, laparoskopik xolesistektomiya, fundoplikasiya, düz bağırsağın ön rezeksiyası, yoğun bağırsaq rezeksiyaları, biliar və pankreatik anastomoz texnikaları və s. kimi Avropanın əksər klinikalarında standart hesab edilən cərrahi texnikalara yiyələnəcəklər. Xatırladaq ki, Davos Kursları Avropada bu sahədə mövcud olan ən reytinqli treyninq kurslarıdır (50 CME kredit) və iştirakçıların əldə etdiyi sertifikatlar dünyanın bütün ölkələrində təhsil sertifikatı kimi qəbul edilir.
Kurslar barədə ətraflı məlumatı http://www.davoscourse.ch/ internet saytından ala bilərsiniz. 15 iyun 2016 cı il tarixindən başlayaraq kurslarda iştirak üçün müraciətlərin qəbuluna başlayır. Son müraciət tarixi 30 Noyabr 2016-cı ildir.
Kurslarda iştirakçı olmaq üçün GAMCA-ya müraciət edə bilərsiniz. Bunun üçün anket formasını doldurub aşağıdakı mail adresinə göndərməyiniz xahiş olunur: info@gamca.az
Əlaqə: 0503103201; 0553428181 (GAMCA)

med-news.az


Paylaş: