Cərrahiyyə, ginekologiya ,urologiya və digər cərrahiyyə yönümlü ixtisaslar üzrə təhsil alan rezidentlər üçün mühazirə-treyninqlər

  2018-ci ildən başlayaraq  M. Topçubaşov adina  Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Azərbaycan- Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Almaz Akademie Tibbi Treyninq Mərkəzinin rəhbəri  , Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin  Prezidenti , professor Q.Müslümov  tərəfindən  cərrahiyyə yönümlü (ümumi cərrahiyyə ,neyro cərrahiyyə , ürək-damar cərrahiyyəsi,ginekologiya, urologiya və s. ) ixtisaslar üzrə  təhsil  alan  rezidentlər üçün   rezidentura təhsili proqramına uyğun olaraq  Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin  təşkilati  dəstəyi  ilə   tibbin, cərrahiyyənin  müxtəlif problemlərinə həsr olumuş məruzələr və  seminarlar təşkil ediləcəkdir. Bu məruzə-seminarlardan birincisi  25.12.2017-ci il tarixdə M. Topçubaşov adına  Elmi Cərrahiyyə Mərkəzinin mühazirə    zalinda  keçirilmişdir . Məruzənin mövzusu “ Elektrocərrahiyyənin  əsas  prinsipləri ,koaqulyasiya və bu barədə biz nələr bilirik  “ olmuşdur. Məruzə zamanı elektrocərrahiyyənin tarixi ,növləri və bu bunun haqqında ümumi cərrah nələr bilməlidir, cərrahiyyədə istifadə   olunan enerji növləri ,onların doğru istifadə edilməməsi baş verə biləcək ağirlaşmalar,onların profilaktikası barədə  məruzə ilə yanaşı həm də  əyani nümayişlər olmuş ,mövzu ətrafında canlı disskusiyalar təşkil edilmişdir.  Məruzələrdə   iştirak etmək pulsuzdur. Maraqlanan hər bir kəs iştirak edə bilər.Lakin bunun üçün hər kəsin məruzənin başlanmasına  bir gün  qalmışa qədər onlayn  olaraq  qeydiyyatdan  keçməsi vacibdir.

        2018-ci ildə  hər ayın sonunda baş tutacaq mühazirə-treyninqlərin siyahısını nəzərinizə çatdırırıq

https://www.facebook.com/almazakademie/videos/2073718826198172/


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: