Azərbaycanlı gənc alimin məqaləsi dünyanın ən reytinqli jurnallarından birində dərc edilib

AllahverdiShahverenov

Allahverdi Şahverənov Sumqayıt şəhərində orta təhsilini almışdır. Sonra Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisası fakültəsi üzrə məzun olmuş və hal-hazırda Çin Xalq Respublikasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2007-2015-ci Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində Tibbdə Doktorantura tələbəsi olaraq təhsilini davam etdirir.

Gənc alim A.Şahverənov Med-news-a müsahibəsində bildirmişdir ki, tədris müddətində kanserin molekulyar biologiyası sahəsinə dair məqalələri nəşr edilmişdir.

“2016-cı 6 iyunda Oxford University Press nəşrli British Journal of Anaesthesia jurnalında Dünyanın Top Tibb Mərkəzlərindən olan Stanford Universiteti Tibb Məktəbində və John Hopkins Universitetində fəaliyyət göstərən kolleqalarımızla birlikdə yerinə yetirdiyimiz məqaləmiz nəşr edilmişdir.”

Məqalə haqqında ətraflı buradan tanış ola bilərsiniz: “Isoflurane enhances the malignant potential of glioblastoma stem cells by promoting their viability, mobility in vitro and migratory capacity in vivo” Br. J. Anaesth. (2016) 116 (6): 870-877. doi: 10.1093/bja/aew124


Paylaş: