AZƏRBAYCANDA NADİR CƏRRAHİ ƏMƏLİYYAT İCRA EDİLMİŞDİR

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov tərəfindən Azərbaycanda çox nadir bir cərrahi əməliyyat icra edilmişdir. Belə ki, qarın nahiyəsində şiddətli ağrı şikayətləriylə müraciət etmiş 44 yaşlı xəstədə mədəaltı vəzin 70%-dən çoxunu əhatə edən qiqant ölçülü bir törəmə aşkar edilmiş və bunun müalicəsinin yalnız cərrahi yolla mümkünlüyü qərara alınmışdır. Bütün dünyada bu tip əməliyyatların ənənəvi açıq üsulla aparılması xəstə üçün çox yüksək risk təşkil edir. Belə ki, bu əməliyyatlar zamanı ölüm faizi 20-50%-təşkil edir ki, bu da hər 10 xəstədən 5 nəfərin əməliyyatdan sonrakı dövrdə yaşama şansının olması deməkdir.

Lakin son illər ərzində bu tip ağır patologiyaların cərrahi müalicəsi zamanı daha müasir və az riskli üsullar işlənib hazırlanmışdır. Bu zaman kəsik aparılmadan minimal invaziv yolla, yani xəstəyə az travma verməklə video və elektrotexnologiyanın köməyilə mədəaltı vəzin kəsilib çıxarılması icra edilir. Dünayada ilk dəfə bu tip əməliyyat 15 il bundan əvvəl ABŞ-da minimal invaziv yolla icra olunmasına baxmayaraq 2010-cu ildən başlayaraq klinikada geniş tətbiq olunmağa başlamışdır. 2016-cı ilin ümumdünya statistikasına görə dünyada cəmi 50 klinikada üst-üstə 800-ə yaxın belə əməliyyat icra edilmişdir. Çox sevindirici haldır ki, bu əməliyyatın icra olunduğu dünyanın ən aparıcı klinikaları siyahısına  Azərbaycanda Səhiyyə Nazirliyi akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi də əlavə edilmişdir. Almaniyada bu sahədə ixtisaslaşmış professor Qurbanxan Müslümov da azərbaycanlı cərrah kimi bütün dünyada bu əməliyyatı icra edən 100 nəfərə yaxın cərrahlardan biri kimi Azərbaycanın adını dünya tibb tarixinə yazmışdır.

Laparoskopik Vippl əməliyyatı adlanan bu əməliyyatın məğzi mədəaltı vəzi, 12 barmaq bağırsaq, mədənin bir qismi, nazik bağırsağın bir qismi, öd kisəsi, öd yolunun bir qismi olmaqla 6 orqanın çıxarılması ilə müşaət olunan çox mürəkkəb bir müdaxilədən ibarətdir. Prof. Q.Müslümovun icra etdiyi əməliyyat təqribən 7 saata yaxın davan etməsinə baxmayaraq, əməliyyatdan 1 gün sonra xəstə aktiv həyata qayıdaraq qidalanmağa başlamışdır. Yaxın günlərdə xəstənin tam kafi vəziyyətdə evə buraxılması planlaşdırılır.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: