AZƏRBAYCANDA BEYNƏLXALQ SƏVİYYƏLİ TİBB KONGRESİ KEÇİRİLƏCƏKDİR

 

 

26– 29 Aprel 2018-ci il tarixlərində Bakıda 4-cü Azəbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcəkdir. Artıq 3-cü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və nefrologiya, intensive terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa Mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il də 25 CME kredit balı ilə qiymətləndirimişdir. Konqresdə Almaniyanın, İsveçrənin, Avstriyanın və Türkiyənin müxtəlif Universitet Klinikalarında çalışan 15 nəfərə yaxın professorlarla yanaşı azərbaycanlı mütəxəssislər də referent və ekspert qismində iştirak edəcəklər. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən azərbaycandan və xarici ölkələrdən gəlmiş konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi aparılacaqdır.

Konqreslə eyni zamanda beynəlxalq statuslu 3-cü Bakı Beynəlxalq Tibbi Treyninq Günləri (Baku İnternational Medical Workshop Days) də keçiriləcəkdir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya, histeroskopiya,  intensiv terapiya, tələbə və rezidentlər üçün EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s. sahələrdə Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treyninqlər təşkil ediləcəkdir. Treyninqlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaqdır.

Bu il Kongres və treyninqlər ilk dəfə olaraq Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən də akreditasiya olunaraq davamlı tibb təhsli üzrə müvafiq balla qiymətləndiriləcəkdir. Konqres və treyninqlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar verilir.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: