Bu gün, Özbəkistan Respublikası,Əndican şəhərində Özbəkistan Səhiyyə Nazirliyi, Özbəkistan Təcili Tibbi Yardım Elmi Tədqiqat Mərkəzi, Əndican Tibb İnstitutu və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan – Özbəkistan tibb günləri öz işinə başladı. Tədbirin işində Azərbaycandan müxtəlif ixtisas sahibləri olmaqla 8 nəfər dəvətli qonaq qismində iştirak edib. Tədbirin açılışı Əndican vilayəti hakiminin tədbir iştirakçılarına salamının çatdırılması ilə başladı. Bunun ardınca Əndican vilayəti tibb idarəsinin rəhbəri Azizbəy Mirzəcanovun çıxışı ilə davam etdirildi. Azizbəy Mirzəcanov öz çıxışında bu tip tədbirlərin Azərbaycanla Özbəkistan arasında tibb əlaqələrinin inkişafına təkan verəcəyi və Özbəkistanlı mütəxəssislərin gələcəkdə Azərbaycanda müxtəlif ixtisaslar üzrə təhsil alması və ixtisas kursu keçməsinə şərait yaradacaqdır. Onun ardınca çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almaz Akademie Tibbi Treninq Mərkəzinin rəhbəri Prof. Qurbanxan Müslümov çıxış edib. Uzun illərdi davam edən Azərbaycan Özbəkistan əlaqələrinin əhəmiyyətindən və bugünki tədbirin bu yönümdə görülən mühüm tədbirlərdən biri olduğunu xüsusi qeyd etdi. Onun ardınca Əndican Vilayət Təcili Tibbi Yardım Elmi Mərkəzinin direktoru prof. Dilşad Hakimov çıxış edərək tədbirin gündəliyi, proqramı haqqında çıxış etdi və onun ardınca tədbir elmi proqramla öz işini davam etdirdi.
Prof. Q. Müslümov öz çıxışında “Onkoloji cərrahiyyədə minimal invaziv texnologiyaların yeri və rolu” haqqında ətraflı video məruzə edərək zalda iştirakçıların suallarını cavablandırdı.
PhD. Dr. F. Rəfiyev “Revizionel bariatrik cərrahiyyə” haqqında ,
Dr. İ. İsmalıyov “Rektum xərçəngi cərrahiyyəsində orqan qoruyucu yanaşma” haqqında,,
Doc. Dr. T. Rzayev “Post ERCP perforasiyaların diaqnostikası və müalicəsi” , Dr. Z. Azadova “Proktologiyada lazer texnologiyaları” haqqında ,
Dr. N. Alışev “İnvaziv Onkologiya : Yeni üfüqlər” haqqında, PhD. Dr. H. Həsənova “Qida borusunun xərçəngi xəstələrində yaranan disfagiya
simptomunun müalicəsində endoskopik stentləşmə təcrübəmiz” haqqında ətraflı məruzələrlə çıxış edərək zalda iştirakçıların suallarını cavablandırdılar.
Fasilədən sonra canlı cərrahiyyə, ustad dərsləri və xəstə konsultasiyaları ilə öz işini davam etdirdi. Tədbir sabah Əndican Dövlət Tibb İnstitutunda öz işini davam etdirəcəkdir.


Paylaş: