🇦🇿 🇩🇪 🇹🇷 26-29 Aprel 2018-ci il tarixlərində Bakıda 4-cü Azəbaycan-Alman-Türk Tibb Konqres-i keçiriləcəkdir. Artıq 3 dəfə Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa Mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il də 25 CME kredit balı ilə qiymətləndirimişdir. Konqresdə Almaniyanın, İsveçrənin və Türkiyənin müxtəlif Universitet Klinikalarında çalışan 15 nəfərə yaxın professorlarla yanaşı azərbaycanlı mütəxəssislər də referent və ekspert qismində iştirak edəcəklər. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən azərbaycandan və xarici ölkələrdən gəlmiş konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi aparılacaqdır.
Konqreslə eyni zamanda beynəlxalq statuslu 3-cü Bakı Beynəlxalq Tibbi Treyninq Günləri də keçiriləcəkdir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, radiologiya, ginekologiya və intensiv terapiya sahələrində Avropada tanınmış Davos Tibb Kurslarının proqramı əsasında beynəlxalq səviyyəli treyninqlər təşkil ediləcəkdir. Treyninqlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaqdır.
Azərbaycan-Alman-Türk Tibb Konqresi
Was This Post Helpful: