Paytaxt sakinləri yeni elektron xidmət vasitəsilə həkim qəbuluna yazıla biləcəklər

Yeni elektron xidmət vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri uşağın qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən, “Elektron səhiyyə” internet portalından həkim qəbuluna yazılma və ya evə çağırış üçün müraciət edə bilərlər

Bunun üçün uşağın valideynləri esehiyye.az saytının “Elektron xidmətlər” bölməsinə daxil olub “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” xidmətindən istifadə edə bilərlər.

Hal-hazırda “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidmətinə Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər müraciət edə bilərlər.

Elektron xidmətin Bakı şəhəri üzrə tam istifadəyə verilməsi 1 iyun 2016-cı il tarixindən nəzərdə tutulub.


Paylaş: