Haqqımızda

         Azərbaycan Tibb Xəbərləri jurnalı Azərbaycan – Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin rəsmi orqanı kimi 2009-cu ildə təsis edilmişdir. Jurnalın həm elektron, həm də çap variantı beynəlxalq ISSN şirkəti üzrə qeydiyyatdan keçmiş və müvafiq qeydiyyat nömrələri alınmışdır. Jurnalın ideyası geniş oxucu kütləsinə, həkimlərə, tibb mütəxəssislərinə  bütün dünyada tibb sahəsində olan müasir  yeniliklər, tibb sahəsinin əldə etdiyi nailiyyətlər və müxtəlif xəstəliklərin müalicəsində olan mövcud olan yeni yanaşmalar haqqında məlumatlar çatdırmaqdır. İlkin olaraq jurnal geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, gələcəkdə burada tibbin müxtəlif sahələrini əks etdirən elmi məqalələrin də dərc olunması planlaşdırılır. Artıq bu günə qədər 4 nömrəmiz işıq üzü görmüşdür və aldığımız rəylərə görə bir çox oxucuların rəğbətini qazanmışdır. Odur ki, jurnalımızın işinə uğurlar arzulayırıq və Azərbaycan oxucusunun diqqətinə layiq bir nəşr olmağı üçün əlimizdən gələni etməyə çalışacıyıq.

med-news
gamca-logo-300x300