BAKIDA BEYNƏLXALQ TİBBİ KONGRESS KEÇİRİLƏCƏK

26– 29 Aprel 2018-ci il tarixlərində Bakıda Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Ayərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə 4-cü Azəbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcəkdir. Artıq 4-cü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa Mərkəzləri tərəfindən davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirimişdir. Həmçinin bu il Kongres və treyninqlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akreditasiya olunaraq davamlı tibb təhsli üzrə 34 Davamlı Tibb Təhsili ballı ilə qiymətləndirilmişdir.
Konqresdə Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif Universitet Klinikalarında çalışan 30 nəfərə yaxın xarici professorlar ekspert və referent qismində iştirak edəcəkdir. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən azərbaycandan və xarici ölkələrdən gəlmiş 800 nəfərə yaxın konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, aktual problemlər ətrafında diskussiyalar aparılacaq və azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutacaqdır. Onu da qeyd edək ki, konqresin ilk günü böyük azırbaycanlı alim-cərrah akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr ediləcəkdir.
Konqreslə eyni zamanda beynəlxalq statuslu 3-cü Bakı Beynəlxalq Tibbi Treyninq Günləri (Baku İnternational Medical Workshop Days) də keçiriləcəkdir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treyninqlər təşkil ediləcəkdir. Treyninqlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaqdır.

Konqres və treyninqlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək.
Nəzərinizə çatdırırıq ki, Konqres və treyninqlərin rəsmi açılış mərasimi 26 Aprel 2018-ci il tarixində Monolit Plaza otelində (Bakı, Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi, 2a) keçiriləcək və 29 aprelə qədər davam edəcəkdir


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: