23-25 fevral kurslarının iştirakçılarına sertifikatlar təqdim olundu

23-25 fevral tarixlərində Azerbaycan Respublikası Səhiyyə Nazirliyi M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin təşkilati dəstəyi ilə ve Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün tibbi treyninq kursları keçirilmişdir. Kursların ilk günü M.Topçubaşov ad.Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümov , Azərbaycan Tibb Universitetinin professoru İ.Mahalov və Dr.Med. E. Muxtarov tərəfindən cərrahiyyənin , ginekologiyanın və urologiyanın ən müsair aktual məsələlərinə həsr olunmuş mühazirələr oxunmuşdur.
Kursun növbəti iki günündə ümumi və laparoskopik cərrahiyyədə basic qrupda hər birində 10 nəfər olmaqla cərrahiyyə, ginekologiya və urologiya sahələri üzrə müxtəlif kurslarda təhsil alan rezidentlərə cərrahiyyədə düyünvurma texnikaları, laparoskopik cərrahiyyənin ümümi əsasları, kamera ilə işləmə, göz-əl koordinasiyası, cərrahi və dənizçi düyününün müxtəlif növ formaları Avropada tədris edilən öyrədici videoların nümayiş etdirilməsi ilə öyrədilmiş və günün sonunda bu vərdişlərin iştirakçılar tərəfindən necə mənimsənilməsi yoxlanılmışdır. 

Kursun sonunda proqramı mənimsəmiş iştirakçılara beynəlxalq sertifikatlar təqdim olundu.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: