Nobel həftəsi ərzində tibb və fiziologiya, fizika, kimya üzrə ən adlı-sanlı elmi mükafatların sahibləri açıqlandı.
3 Oktyabr 2016 –cı il tarixində fiziologiya və tibb üzrə laureat elan edilmişdir. Tokio Texnologiya universitetinin hüceyrə bioloqu Yoshinori Ohsumi autofaqiya mexanizminin kəşfinə görə bu mükafata layiq görülüb.
Nobel Komitəsinin mətbuata şərhində deyilir:
“Osuminin ixtirası anlayışımızda hüceyrənin onun tərkibini necə emal edəcəyi barədə yeni bir paradiqmaya gətirib çıxardı. Onu kəşfi aclıq və infeksiyaya cavab uyğunlaşması fizioloji prosesləri kimi autofaqiyanın fundamental əsaslarının anlaşılmasına yol açdı.”
Autofaqiya hüceyrədə toplanmış lazımsız hissələrin utilizasiyası və bu yığılmış “zibil”-in təkrar bərpası prosesidir. Bu termin adı iki yunan sözündən formalaşmışdır və “özünüyemə” kimi tərcümə olunur.
Bu fenomenin mövcudluğunu tədqiqatçılar keçən əsrin 60-ci illərində artıq aşkarlamışdılar. Lakin onlar mexanizmin incəliklərini anlaya bilməmişdilər. 90-cı illərdə buna ilk dəfə Osumi nail ola bildi. Təcrübələri vasitəsilə o, autofaqiyaya məsul geni tapdı və əsrin dörtdə bir hissəsi keçdikdən sonr mükafat qəhrəmanını tapdı. Yekdilliklə Nobel mükafatına layiq görülən bir alim tarixində 39-cu oldu.
Autofaqiya bütün canlı orqanizmlərə, o cümlədən bizlərə xasdır. Onun sayəsində hüceyrələr gərəksiz hissələrindən qurtulurlar və bədən bütövlükdə istənməyən lazımsız hüceyrələrinən azad olur.
Təbiət hüceyrələrə artıq və ya zərərli “görüləni” həzm etmək kimi gözəl və faydalı qabiliyyət bəxş etmişdir. Onlar demək olar ki, bizim kimi fəaliyyət göstərir, yalnız avtomatikdirlər. “Zibili” xüsusi çantalara – autofaqosomlara yerləşdirir, sonar lizosom deyilən konteynerlərə götürürlər. Burada “zibil” parçalanır və həzm olunur. Emal məhsulları- bir növ”tullantılar” hüceyrələrin qidalanması üçün yanacaq istehsalına gedir. Onlardan hazırlanan yeni bloklar hüceyrələrin yenilənməsi üçün istifadə olunur.
Autofaqiya sayəsində hüceyrə daxil olan infeksiyalar və toksinlərdən azad olur.
Autofaqiya daha çox bədən stress altında olduqda işləməyə başlayır. Məsələn, aclıq zamanı. Bu halda, hüceyrə daxili resursları hesabına bütün yığılmış zibildən, o cümlədən pathogen bakteriyalardan enerji istehsal edir.
Laureatın ixtirası göstərir ki, ac qalmaq və bəzən oruc tutmaq orqanizmin təmizlənməsi baxımdan həqiqətən faydalıdır ki, bu məlumat Nobel komitəsi tərəfindən təsdiqlənib.
Osuminin həmkarları əmin edirlər ki, autofaqiya orqanizmi erkən yaşlanmadan qoruyur. Bəlkə də hətta yeni hüceyrələrin yaradılması, zədələnmiş zülallar və hüceyrədaxili elementlərin xaric edilməsi hesabına cavanlaşdırır.
Autofaqiya prosesinin pozulması parkinson xəstəliyi, diabet və hətta xərçəng gətirib çıxarır. Bu bilgilər sayəsində həkimlər müalicə pozuntularını aradan götürə bilən yeni dərmanlar yaratmağa nail ola bilmişlər.
1945-ci ildə anadan olan Yoshinori Osumi və digər alim laureatlara 8 milyon İsveç kronu (950 min ABŞ dollarından bir qədər artıq) miqdarında mükafat 10 dekabr tarixində Stokholm şəhərində təqdim olunacaq.