Almaniyada rezidentura keçmək və iş axtaranların nəzərinə

This job isn't always easyAlmaniya Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaniyanın Mediclin və Eskulapeos klinikalar şəbəkəsi və Almaniyanın Panasea təşkilatı arasında ötən ildən azərbaycanlı gənc həkimlərin Almaniyanın müxtəlif klinikalarında işləmək və rezidentura keçməsinə yardım etmək məqsədilə əməkdaşlığa başlanılmışdır. Əməkdaşlığın hazırlıq mərhələsi artıq uğurla sona çatmışdır. Növbəti mərhələdə görüləcək işləri müzakirə etmək məqsədi ilə 17 Avqust 2016-cı il tarixində Almaniyanın Offenburq şəhərində tərəflər arasında növbəti görüş keçirilmişdir. Bu görüş çərçivəsində çox maraqlı və əhəmiyyətli müzakirələr aparılmış və azərbaycanlı həkimlərin istək və maraqlarını nəzərə almaqla proyektə bir sıra dəyişikliklər edilmişdir. Ən əhəmiyyətlisi isə odur ki, iştirakçıların seçimi Bakıda keçirilməklə Almaniyaya ilk səfər çərçivəsində həkimlər iş yeri təklif ediləcək və işə başlamaq üçün lazım olan formal məsələlərin həllini Panacea təşkilatı öz üzərinə götürür. Artiq ixtisas dil imtahanının da (Fachsprachprüfung) Bakıda təşkil edilməsi üçün tərəflərlə razılaşmalar əldə edilmişdir. Artıq 10 yaxın həkimin 7-18 Noyabr 2016 tarixində Almaniyaya səfər etməsi planlaşdırılır.

Ətraflı məlumat almaq üçün: http://goo.gl/UNGKDH

GAMCA
web: www.gamca.az, e-mail: info@gamca.az

This job isn't always easy

This job isn't always easy


Paylaş: