Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda treyninqlər başa çatdı

7-10 Aprel 2016-cı il Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin birgə  təşkilatçılığı ilə cərrahiyyə ixtisasi üzrə təhsil alan rezidentlər üçün laparoskopik cərrahiyyə üzrə 3 günlük treyninqlər təşkil edilmişdir. Dünyanın davamlı tibb təhsili ilə məşğul olan aparıcı mərkəzlərinin keçirtdiyi treyninqlərin formatına uyğun olaraq rezidentlərimiz üçün laparoskopik cərrahiyyədə adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər uğurla təşkil edilmişdir. Bu treyninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəsislərin ixtisaslaşması ilə məşğul olan mərkəzlərdə istifadə edilən ən qabaqcıl texnologiyaların və metodikaların istifadəsi ilə gündə 4 saat olmaqla müxtəlif qruplarda və səviyyələrdə aparılmış, bütün iştirakçılar canlı orqan modelləri üzərində müxtəlif növ əməliyytları sərbəst icra etmişlər. Dünyanın aparıcı dövlətlərində istər ixtisas təhsili, istərsə də davamlı tib təhsili məqsədilə hər hansı bir vərdişlərin öyrədilməsi xəstə üzərində deyil, xüsusi mdelləri üzərində heyvan organlarından istifadıə edilməklə aparılır və sevindirici haldır ki,  Azərbaycanda da bu təcrübə artıq bir neçə illərdir uğurla istifadə edilir. Bu dəfəki treyninqlərin kechirilməsi  məqsədilə respublikanın cərrahiyyə üzrə rezidentura təhsili verən bütün tibb müəssilərindən iştirakçılar cəlb edilmişdir. Treyninqlərin gedişində bu sahədə böyük praktiki və tədris təcrübəsinə malik olan və əsas etibarilə Avropa və Türkiyədə təhsil almiş mütəxəssislərin təcrübəsindən istifadə edilmişdir. Əsas məqamlardan biri də odur ki, treyninqlər zamanı yalnız rezidentlər üçün deyil, eləcə də respublikanın 12 tibb müəssisəsində cərrahiyyə ixtisası üzrə rezidentura təhsilinə məhsul olan mütəxəssislər üçün də treyninqlər keçirilmişdir.

Treyniqlərin sonunda bütün iştirakçılar məşqçilər tərəfindən qiymətləndirilərək müvafiq balla dəyərləndirildiyi kimi, hər bir iştirakçı da oyrədən mütəxəssisləri və ümumilikdə kursu qiymətləndirmişlər. Səhiyyə Nazirliyinin rəsmisi bu kursların gələcəkdə requlyar olaraq təşkil ediləcəyini və rezidentlərin hazırlıq kurrikulumuna vacib proqram kimi salınacagını bildirmişdir.

med-news.az


Paylaş: