Əhalinin onlokoloji müayinəsi keçiriləcək

26-27.05.2016-cı il tarixlərində Milli Onkologiya Mərkəzinin mütəxəssisləri 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin onlokoloji müayinəsini keçirəcəkdir. Müayinələr ixtisaslaşmış onkoloqlar tərəfindən Səyyar Diaqnostika Kompleksi vasitəsi ilə keçiriləcək.

Səyyar Diaqnostika Kompleksinin əsəs məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu vardır.

Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen aparatı, 1 ultrasəs aparatı vardır. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzlərinin mammoqrafiyası müayinələri aparılır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı


Paylaş: