Yay Tibb Məktəbi (2017) – Summer Medical School lahiyəsinə start verildi

Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti Azərbaycan Tibb Universiteti ilə birgə 2017-ci il üçün Almaniya, Avstriya və İsveçrədə Yay Tibb Məktəbi – Summer Medical School lahiyəsində iştirak etmək üçün ərizə qəbuluna start verir. Lahiyə çərçivəsində tələbə, rezident və gənc həkimlərin Almaniya, İsveçrə və Avstriya ilə yanaşı Hollandiya və İsveçin də 15-ə yaxın aparıcı Universitet və tədris klinikalarında tibbi praktika keçmək şansı var. Seçim turlarını uğurla keçərək iştirakçı hüququnu qazanmış şəxslər 2017-ci il iyun-avqust aylarında Almaniyanın Heidelberg, Mannheim, Siegen, Hannover, Köln, Karlsruhe, Essen, Freiburg, Siegerland, Neckarsulm, İsveçrənin Lozanna, Basel və St. Gallen, Avstriyanın İnnsbruck, Vyana və s. universitet klinikalarında müxtəlif ixtisaslar üzrə 1, 2 və ya 3 aylıq tibbi praktika keçmək hüququ qazanacaqlar. Seçim üçün əsas meyarlar alman və ingilis dili bilgiləri, ərizə verənlərin motivasiya məktubları və cəmiyyətimizin tədbirlərində nə dərəcədə aktiv iştirak etmələri olacaqdır. Seçim turlarını uğurla keçmiş iştirakçılar üçün dəvətlərin alınması, praktikanın keçirələcəyi yerdə yerləşdirilmə,vizaların alınması, klinikada praktika rəhbərinin və praktiki fəaliyyətin təşkili və s. məsələlər lahiyənin Azərbaycandan və Almaniyadan olan koordinatorları tərəfindən həyata keçirilir.
Müraciət edənlər arasında ən yaxşı göstəriciləri olan 2 nəfərin xərcləri dəvət edən klinika tərəfindən ödəniləcəkdir!

Daha Ətraflı: http://gamca.az/az/news/view/286


Paylaş: