08.02.2018-ci il tarixində Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclası keçirilib.
İclasda Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birlikdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regionu üzrə Təhsil Mərkəzinin rəhbəri Qazaxstan Respublikasının Səhiyyə Nazirliyinin Etika üzrə Komissiyasının katibi, professor Sarımsakova Baxıt Erkeşevna iştirak edərək məruzəçi qismində çıxış edib.
İclasın gündəliyinə elmi-tədqiqat işlərin etik ekspertiza sisteminin inkişafında Qazaxstan Respublikasının təcrübəsi və Davamlı Tibbi Təhsil tədbirlərinin akkreditasiyası barədə məsələ daxil edilmişdi.
Akkreditasiya üçün müraciətlərin siyahısına 2-7 aprel 2018-ci il tarixində “Azəri Toksikoloqlarının Dərnəyi” tərəfindən keçiriləcək “Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsi” adlı tədris kursu, 26 aprel 2018- 29 aprel 2018-ci il tarixlərində Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən keçiriləcək 4-cü Azərbaycan–Alman–Türk Tibb Konqressi, 9 mart 2018-ci il – 10 mart 2018-ci il tarixlərində Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutu tərəfindən keçriləcək Avropa Uşaq Ortopediya Cəmiyyətinin regional kursu daxil edilmişdi.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı