Rezidentlər üçün təşkil olunmuş treyninq kursları rəsmən işinə başlamışdır

Dünən Azerbaycan Respublikası  Səhiyyə Nazirliyi M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin təşkilati dəstəyi ilə ve Azərbaycan Almaniya  Tibbi Əməkdaşlıq Cəmiyyəti,  Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası  üzrə təhsil  alan rezidentlər üçün tibbi treyninq  kurslarının açılışı olmuşdur. Tədbiri  M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin direktorunun   elmi  işlər üzrə müavini prof.H.İsayev açaraq tədbirin mahiyyəti  haqqında məlumat vermiş və kurs iştirakçılarına uğurlar arzulamışdır. Səhiyyə Nazirliyinin nümayəndəsi  T.Əhmədova  bu cür  tədbirlərin əhəmiyyətindən danışmış və kursun   təşkilatçılarına  minnətdarlığını  bildirmişdir.

         Dünyanın hər yerində olduğu kimi  Azərbaycanda da  cərrahlar və cərrahi yönümlü bütün ixtisas mütəxəssisləri-nin hazırlığı məqsədi ilə xüsusi treyninqlər və məşğələlərdən istifadə edilir. Artıq neçə illərdir rezidentura təhsilinə başlanılmiş   və    dünyanın qabaqcıl ölkələrində bu sahədə olan yeni , müasir standartların  tətbiqinə start verilmişdir.  Bu ildən başlayaraq , təhsil müddətində rezidentlərin  vacib keçməli olduğu  bəlli  treyninq kursları  müəyyən  edilmiş   və bunların tətbiqinə başlanmışdır.Dünən açılışı keçirilən  kurslar da   məhz bu yönümdə  atılan  uğurlu addımların biridir. Bu kursların cərçivəsində dünən  M.Topçubaşov ad.Elmi Cərrahiyyə Mərkəzinin professoru   Q.Müslümov , Azərbaycan Tibb Universitetinin professoru  İ.Mahalov  və Dr.Med. E. Muxtarov  tərəfindən cərrahiyyənin , ginekologiyanın və urologiyanın ən  müsair  aktual  məsələlərinə həsr olunmuş  mühazirələr oxunmuşdur. Bu gün ise  treyninq kursları rəsmən işinə başlamışdır. Ümumi və laparoskopik cərrahiyyədə basic qrupda hər birində 10 nəfər olmaqla cərrahiyyə, ginekologiya və urologiya sahələri üzrə müxtəlif kurslarda təhsil alan rezidentlərə cərrahiyyədə düyünvurma texnikaları, laparoskopik cərrahiyyənin ümümi əsasları, kamera ilə işləmə, göz-əl koordinasiyası, cərrahi və dənizçi düyününün müxtəlif növ formaları Avropada tədris edilən öyrədici videoların nümayiş etdirilməsi ilə öyrədilmiş və günün sonunda bu vərdişlərin iştirakçılar tərəfindən necə mənimsənilməsi yoxlanılmışdır. Sabah həmin qruplardan treyninqlərin davamı olacaq.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: