İsveçrənin Davos şəhərində Avropada cərrahiyyə üzrə ən reytinqli kurs sayılan və 7-12 Aprel 2018-ci il tarixlərində keçirilən 35-ci Davos Qastrointestinal Cərrahiyyə kursları bu gün başa çatmışdır. Kurslarda Almaniya, İsveçrə, Avstriya və Skandinaviya ölkələrindən gəlmiş 400-ə yaxın iştirakçıya cərrahiyyənin fundamental prinsipləri ilə yanaşı, həm də ən yeni texnologiyalar, onlardan istifadə qaydaları, cərrahiyyədə istifadə edilən ən müasir
Azərbaycanlı professor Davos kurslarında cərrahiyyə üzrə ustad dərslərı keçır
AZƏRTAC-ın yaydığı məlumata görə aprelin 7-dən 12-dək İsveçrənin Davos şəhərində açıq və laparoskopik cərrahiyyədə müasir üsulların öyrədilməsinə həsr olunan XXXV qastrointestinal kurslar keçirilir. Avropanın cərrahiyyə üzrə ixtisas təhsili verən klinikalarında çalışan həkimlər cərrahiyyədə ən yeni texnikaya yiyələnir, mühazirə və diskussiyalarda iştirak edir. AZƏRTAC xəbər verir ki, artıq üçüncü ildir ki, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru,
BAKIDA BEYNƏLXALQ TİBBİ KONGRESS KEÇİRİLƏCƏK
26– 29 Aprel 2018-ci il tarixlərində Bakıda Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Ayərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin təşkilatçılığı ilə 4-cü Azəbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcəkdir. Artıq 4-cü dəfədir ki, Bakıda keçirilən bu konqres cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya və reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla
Davos kursları davam edir.
Davosda 35-ci Gastrointestinal Cərrahiyyə üzrə 1 həftəlik treyninq kursları davam edir. Kurslar zamanı bu gün cərrahiyyənin əlifbası hesab edilən əsas texnikalar ( tikiş, anastomoz, mədə və ya bağırsaq rezeksiyası, stomaların qoyulması, laparoskopik basik vərdişlər, xolesitektomiya və s.) gənc həkimlərə öyrədilir. Bu il kurslarda Avropa ölkələrindən gəlmiş 600 yaxın həkim və onları öyrətmək üçün Avropanın aparıcı
AZƏRBAYCANLI PROFESSOR AVROPALI HƏMKARLARINA CƏRRAHIYYƏ ÜZRƏ USTAD DƏRSLƏRI VERIR
7-12 aprel 2018-ci il tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək açiq və laparoskopik cərrahiyyədə müasir cərrahi texnikaların öyrədilməsinə həsr olunmuş 35-ci QASTROİNTESTİNAL CƏRRAHİYYƏ ÜZRƏ DAVOS KURSLARI bu gün öz işinə başlamışdır. Avropanın cərrahiyyə üzrə ixtisas təhsili verən bütn klinikalarında çalışan cərrahlar üçün əsas vərdiş kursu olan bu kurslarda hər il Avropanın universitet klinikalarindan gəlmiş yüzlərlə gənc cərrah
ETMGİ ilə Almaz Akademie TTM birgə kurslar keçirtdi.
31.03.2018-ci il tarixdə Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutu, Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti və AlmazAkademie Tibbi Treyninq Mərkəzinin birgə təşkilatçılığı ilə ETMGi-nun əməkdaşları üçün Histeroskopiya kursları keçirilmişdir. İnstitutun direktoru prof. Cəmilə Qurbanova giriş sözü ilə çıxış edərək belə kursların həkimlərin peşə qabiliyyətinin artırılması və ixtisaslaşması üçün vacib olduğunu xüsusi vurğulamaqla kurs iştirakçılarına uğurlar arzulamışdır. Daha
23-25 fevral kurslarının iştirakçılarına sertifikatlar təqdim olundu
23-25 fevral tarixlərində Azerbaycan Respublikası Səhiyyə Nazirliyi M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin təşkilati dəstəyi ilə ve Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi nin təşkilatçılığı ilə cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlər üçün tibbi treyninq kursları keçirilmişdir. Kursların ilk günü M.Topçubaşov ad.Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümov , Azərbaycan Tibb Universitetinin professoru İ.Mahalov və
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rezident və gənc həkimlər üçün cərrahiyyənin fundamental prinsiplərinə həsr edilmiş mühazirə-treyninq
02.02.2018 ci il tarixdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rezident və gənc həkimlər üçün cərrahiyyənin fundamental prinsiplərinə həsr edilmiş mühazirə-treyninq təşkil edilmişdir.Prof.Q.Müslümov “Açıq və Laparoskopik cərrahiyyədə istifadə edilən müasir düyünvurma texnikaları” mövzusunda məruzə oxumuşdur..Mühazirə zamanı həm açıq, həm də laparoskopik cərrahiyyədə istifadə edilən düyünlərin növləri, xarakteristikası, bu zaman istifadə edilən alətlər və s. haqqında geniş
Rezidentlər üçün təşkil olunmuş treyninq kursları öz işini davam etdirmişdir.
Respublikamızda cərrahiyyə üzrə təhsil alan rezidentlər üçün təşkil edilmiş laparoskopik və ümumi cərrahiyyə üzrə treyninq kursları 25.02.2018-ci il tarixində M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində öz fəaliyyətini davam etdirmişdir.
Professor Q.Müslümov rezidentlər üçün növbəti mühazirəni oxuyacaq.
Məlumat verdiyimiz kimi, 2018-ci ildən başlayaraq M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi , Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Almaz Akademie Tibbi Treyninq Mərkəzi tərəfindən Avropanın Gastrointestinal Cərrahiyyə üzrə məşhur Davos Kurslarının treyneri Prof.Dr Qurbanxan Müslümov tərəfindən cərrahiyyə yönümlü ixtisaslar üzrə (ümumi cərrahiyyə , ginekologiya, urologiya, onkologiya, neyrocərrahiyyə , ürək-damar cərrahiyyəsi və s. ) təhsil alan rezidentlər üçün
Recent Comments