Laparoskopik cərrahiyyə və ginekologiya kursunun iştirakçıları üçün mühazirə

Almaz Akademie Tibbi Treyninq Mərkəzində Laparoskopik Cərrahiyyə, Ginekologiya və Urologiya üzrə İndividual kursun iştirakçıları üçün mütəmadi olaraq mühazirələr təşkil olunur. Növbəti mühazirə 16.02.2018-ci il tarixində “Laparoskopik Cərrahiyyədə istifadə olunan cihazlar və alətlər” mövzusunda olmuşdur. Professor Qurbanxan Müslümov iştirakçılara Laparoskopik Cərrahiyyədə istifadə olunan cihazlar və alətlərin növləri, iş prinsipləri, istifadə və davranış qaydaları, düzgün istismar edilmədikdə baş verə biləcək ağırlaşmalar haqqında ətraflı məlumat verdi. Mühazirə zamanı nəzəri məlumatların əyani vəsaitlərin nümaişi və video-xülasə ilə müşaiət olunması mühazirənin mövzusunu mənimsənilməsinə və daha yaxşı yadda qalmasına kömək etdi. İştirakçıları maraqlandıran sualları ətraflı cavablandıran Prof. Q.Müslümov laparoskopik cərrahiyyənin yüksək inkişaf etdiyi qabaqcıl dünya ölkələrinin iş təcrübəsindən də maraqlı faktları iştirakçıların nəzərinə çatdırdı. Mühazirə maraqlı disskusiyalarla yadda qaldı.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: