Hörmətli həkimlər,

27 Fevral – 4 Mart 2015-ci il tarixlərində İsveçrənin Davos şəhərində ildə bir dəfə keçirilən GASTROINTESTINAL CƏRRAHİYYƏDƏ AÇIQ VƏ LAPAROSKOPİK CƏRRAHİ TEXNİKALAR üzrə 1 həftəlik növbəti treyninq kursları keçiriləcəkdir. Xəbər verdiyimiz kimi, ötən ildən Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin (GAMCA) sədri, prof.Dr.med Qurbanxan Müslümov həmin kursların treyneri olduğundan Azərbaycandan olan iştirakçıların GAMCA tərəfindən daha güzəştli şərtlərlə treyninqlərə qatılması mümkün olmuşdur.

Treyninqlər ənənəvi olaraq  sadə, orta və ixtisaslaşmış qruplarda 3 səviyyədə açıq və laparoskopik cərrahiyyədə məşhur Davos texnikalarının tədrisi üzrə keçiriləcəkdir. Xatırladaq ki, Davos Kursları Avropada bu sahədə mövcud olan ən reytinqli treyninq kurslarıdır (50 CME kredit!).

Kurslar barədə ətraflı məlumatı http://www.davoscourse.ch/index.html internet saytından ala bilərsiniz.

GAMCA 7 sentyabr 2015 ci il tarixindən başlayaraq kurslarda iştirak üçün sənədlərin qəbuluna başlayır. Son müraciət tarixi 30 Noyabr 2015-ci ildir.

İştirakçı olmaq üçün bizə müraciət edə bilərsiniz: gmuslumov@gmail.com

Tel: 0503103201; 0553428181, 0558391919

GAMCA


Paylaş: