Azərbaycanlı professorun Davos kurslarında cərrahiyyə üzrə ustad dərsləri

Keçən əsrin əvvələrindən başlayaraq İsveçrənin Davos şəhərində təşkil edilən cərrahiyyə üzrə treninq kursları Avropanın və dünyanın ən reytinqli məşğələlərindən hesab edilir. Həmin kursların fakültə üzvləri adətən Almaniya, Avstriya və İsveçrə kimi Avropa ölkələrinin universitet klinikalarının professorları olur.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz, Almaniyada ümumi, visseral və laparoskopik cərrahiyyə üzrə təhsil almış Qurbanxan Müslümov da üç ildir ki, həmin kursların treynerləri sırasına daxil olub.

Professor Qurbanxan Müslümov bu il aprelin 1-dən 6-dək keçirilən 34-cü Davos Gastrointestinal Cərrahiyyə kurslarında treyner kimi iştirak edib. O, gənc avropalı həmkarlarına laparoskopik və ümumi cərrahiyyədə tətbiq olunan ən müasir yeniliklərin çatdırılması və müasir cərrahiyyədə məşhur olan Davos texnikalarının öyrədilməsində treynerlik edib.

Onu da xatırlatmağa dəyər ki, Azərbaycandan olan professor bu mötəbər kursların yeganə qeyri-avropalı fakültə üzvüdür.


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: