Azərbaycanlı alim beynəlxalq konqresdə mədəaltı vəzin cərrahiyyəsinə dair ustad dərsləri verib.

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 11-13-də Daşkənddə akademiklər Vasit Vahidovun və Uktam Aripovun xatirələrinə həsr edilən “Təcili tibbin aktual məsələləri: hepatopankreatoduodenal nahiyyənin xəstəlikləri və yaralanmalarında təcili cərrahiyyə” adlı beynəlxalq konqres keçirilib. Konqresdə Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Belarusdan gələn görkəmli alimlərlə yanaşı Azərbaycanın Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov da iştirak edib.

Professor Qurbanxan Müslümovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, konqresdə tibbi əməkdaşlıq məsələləri müzakirə edilib və bu sahədə yeni perspektivlər araşdırılıb.

Həmyerlimiz konqres çərçivəsində mədəaltı vəzin cərrahiyyəsinə dair 50-dən çox həkim üçün ustad dərsləri verib və mühazirələr keçirib.

Azərbaycanlı alim Özbəkistanın Elmi Tədqiqat Təcili Cərrahiyyə İnstitutunun əməkdaşları üçün mühazirələr oxumaqla yanaşı, həmçinin açıq və laparoskopik canlı əməliyyatlar da icra edib


Was This Post Helpful:

0 votes, 0 avg. rating

Paylaş: