Bakıda II Azəbaycan-Alman-Türk tibb konqresi keçiriləcək

21-24 Aprel 2016-cı il tarixlərində Bakıda Milli Onkologiya Mərkəzi və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə II Azəbaycan-Alman-Türk tibb konqresi keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, I Azəbaycan-Alman-Türk tibb konqresi ötən ilin aprel  ayında Almaniyadan, Türkiyədən və İsveçrədən dəvət edilmiş 15-ə yaxın mütəxəsissin iştirakı ilə keçirilmişdir. Postsovet və yaxın xaric ölkələri arasında ilk dəfə olaraq bu konqresə Avropanın davamlı tibb təhsili sahəsində məşğul olan mərkəzlər tərəfindən 21 kredit balı verilmişdir.

Bu ilki konqresə Almaniya, Türkiyə və İsveçrənin Universitet Klinikalarından təqribən 20-ə yaxın tibbin müxtəlif sahələrində çalışan, dünyanın tanınmış, qabaqcıl mütəxəsisləri referent və treyner qismində dəvət edilmişdir.

Konqresin əsas mövzusu Onkologiyanın, Cərrahiyyənin, Qastroenterologiyanın və Radiologiyanın  ən aktual problemləri, müxtəlif xəstəliklərin müalicəsinə ayrı-ayrı peşə sahiblərinin müqayisəli münasibəti və bu gün bu xəstəliklərin müalicəsində dünyanın aparıcı klinikalarda tətbiq olunan qabaqcıl müalicə protokolları və taktikaların müzakirəsi olacaqdır.

Konqresin gedişində həkim, tələbə və rezidentlər üçün ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər keçirilməsi planlaşdırılır. Bu treyninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəsislərin ixtisaslaşması ilə məşğul olmuş ən qabaqcıl texnologiyaların istifadəsi ilə aparılacaqdır.

Nəzərinizə çatdırırıq ki, treyninqlər artıq 2 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən ALMAZ Almaniya Azərbaycan Tibbi Treyninq Mərkəzi tərəfindən təşkil edilir. Treyninqlərə rəhbərlik Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş xarici mütəxəsisslərlə yanaşı Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksək ixtisaslı mütəxəsissləri ilə birlikdə aparılacaqdır. Bununla da biz təkcə tələbə və həkimlərin mütəxəssis kimi ixtisaslaşması deyil, həm də müxtəlif sahələrdə milli treyner kadrların da yetişməsinə töhfə vermiş oluruq.

Bu ilki konqresə və treyninqlərə 25-dən artıq davamlı tibb təhsili  (CME) kredit balının verilməsi gözlənilir ki, bu da tədbirin çox yüksək reytinqi olacağından və iştirakçılara veriləcək sertifikatların beynəlxalq səviyyəli olacağından xəbər verir.

Konqresin artıq web səhifəsi hazırdır (www.agtmed-congress.com) və iştirakçıların qeydiyyatı internet üzərində online olaraq aparılır. Konqresdə iştirak etmək istiyənlər aşağda göstərilən ünvanlardan qeydiyyatdan keçə bilərlər.

Konqresin rəsmi veb səhifəsi: agtmed-congress.com


Əlaqə:

Ünvan: HəsənbəyZərdabi küç. ev 77a, AZ1100, Bakı, Azərbaycan
Tel: (+99412) 533-06-34
+99455-342-81-81   Vüqar Behbudov
+99455-839-19-19   Tapdıq Məmmədov
+99450-398-87-76  Yusif  Əliyarov

9ee4b440-d20a-46d0-a7a2-3775626143c1

3ea15d5a-0611-4dd1-a1bb-a23e556bb0db

4fad2ca9-323b-4de1-a42d-11b6df6945ba

76f5b525-e854-4e83-94df-2d6fd2c5ce29

e2be5593-3e4f-4f0c-966b-19ff7f7c7d7a

6ee84124-c732-4fb7-8e67-d9628f0a2e93


Paylaş: