Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzi tərəfindən Özbəkistanın Andican şəhərində növbəti Azərbaycan – Özbəkistan tibb günləri keçirilmişdir

27-30 iyun 2024-cü il tarixlərində Özbəkistan Respublikası, Andican şəhərində Özbəkistan Respublikası Səhiyyə Nazirliyi, Özbəkistan Təcili Tibbi Yardım Elmi Tədqiqat Mərkəzi, Andican Tibb İnstitutu və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan – Özbəkistan tibb günləri keçirilmişdir.

                Tədbirin açılışı 28 iyun 2024-cü il tarixdə Özbəkistan respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Elmi mərkəzinin Andican filialında keçirilmişdir. Azərbaycan nümayəndə heyyətinə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almaz Akademie Tibbi Treninq Mərkəzinin prezidenti, Azərbaycan Respublikası SN M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbəri prof. Qurbanxan Müslümov rəhbərlik etmişdir. Bundan başqa Azərbaycandan Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin bariatrik cərrahiyyə bölümünün rəhbəri PhD. Dr. Fərid rəfiyev,  İnvaziv endoskopiya dərnəyinin rəhbəri Doc. Dr. Tarverdi Rzayev, İnvaziv Radiologiya dərnəyinin təmsilçisi Dr. Nicat Alışev, Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin baş katibi Vüqar Behbudov, Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin təşkilat katibi Dr. Zöhrə Azadova və Milli Onkologiya Mərkəzinin həkim endoskopisti PhD. Dr. Həcər Həsənova iştirak etmişdilər.

Tədbirin açılışı Andican vilayəti hakiminin tədbir iştirakçılarına salamının çatdırılması ilə başladı. Bunun ardınca Andican vilayəti tibb idarəsinin rəhbəri Azizbəy Mirzəcanovun çıxışı ilə davam etdirildi. Azizbəy Mirzəcanov öz çıxışında bu tip tədbirlərin Azərbaycanla Özbəkistan arasında tibb əlaqələrinin inkişafına təkan verəcəyi və Özbəkistanlı mütəxəssislərin gələcəkdə Azərbaycanda müxtəlif ixtisaslar üzrə  təhsil alması və ixtisas kursu keçməsinə şərait yaradacaqdır. Onun ardınca çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almaz Akademie Tibbi Treninq Mərkəzinin rəhbəri Prof. Qurbanxan Müslümov çıxış edib. Uzun illərdir davam edən Azərbaycan Özbəkistan  əlaqələrinin əhəmiyyətindən və bugünki tədbirin bu yönümdə görülən mühüm tədbirlərdən biri olduğunu xüsusi qeyd etdi. Onun ardınca Andican Vilayət Təcili Tibbi Yardım Elmi Mərkəzinin direktoru prof. Dilşad Hakimov çıxış edərək tədbirin gündəliyi, proqramı haqqında çıxış etdi və onun ardınca tədbir elmi proqramla öz işini davam etdirdi.

                Prof. Q. Müslümov öz çıxışında “Onkoloji cərrahiyyədə minimal invaziv texnologiyaların yeri və rolu” haqqında, PhD. Dr. F. Rəfiyev öz çıxışında “Revizionel bariatrik cərrahiyyə” haqqında,Dr. İ. İsmalıyov “Rektum xərçəngi cərrahiyyəsində orqan qoruyucu yanaşma” haqqında, Dr. T. Rzayev  öz çıxışında “Post ERCP perforasiyaların diaqnostikası və müalicəsi” haqqında, Dr. Z. Azadova öz çıxışında “Proktologiyada lazer texnologiyaları” haqqında, Dr. N. Alışev öz çıxışında “İnvaziv Onkologiya : Yeni üfüqlər” haqqında, PhD. Dr. H. Həsənova öz çıxışında “Qida borusunun  xərçəngi  xəstələrində yaranan disfagiya simptomunun müalicəsində endoskopik stentləşmə  təcrübəmiz” haqqında ətraflı video məruzə edərək zalda iştirakçıların suallarını cavablandırdılar.

                Toplantını sonunda interaktiv müzakirələr aparıldı. Fasilədən sonra Andicanda yerləşən iki müxtəlif klinik mərkəzdə canlı cərrahiyyə, ustad dərsləri və xəstə konsultasiyaları ilə öz işini davam etdirdi.

                Tədbirin 2-ci gününün birinci yarsında toplantı Andican Dövlət Tibb İnstutunda başladı. Andican Dövlət Tibb İnstitunun zalında universitetinin rəhbərliyi proffersor, müəllim və tələbələri üçün azərbaycanlı mütəxəssislər tərəfindən leksiyalar oxundu. Prof. Qurbanxan Müslümov Minimal İnvaziv Cərrahiyyədə və Endoskopik cərrahiyyədə olan ən son yeniliklər haqqında məlumat verdi və iştirakçıları maraqlandıran suallara cavab verdi. Bunun ardınca PhD.Dr Fərid Rəfiyev , Dr. Nicat Alışev, Dr. Zöhrə Azadovanın məruzələri dinlənildi. Universitetin rektoru Prof. Madamin Madazimov Azərbaycandan gəlmiş nümayəndə heyyətini çox səmimi salamladı və oxunan məruzələrin çox dəyərli olduğunu və Azərbaycanla Özbəkistan arasında olan tibbi əlaqələrin daha da dərinləşməsinə səbəb olacağını bildirdi.

                Toplantının sonunda Andican Dövlət Tibb İnstitununun elmi şurasının yekdil qərarı ilə Prof. Qurbanxan Fətəli oğlu Müslümova Andican Dövlət Tibb İnstitunun fəxri professoru seçilib və diplom ona təqdim edilib. Diplomu təqdim edən Universitetin rektoru Prof. Madamin Madazimov bunun universitet üçün çox böyük şəraf olduğunu bildirib və bunun Andican Dövlət Tibb İnstitunda cərrahi yönümlü tədrisin keyfiyyətinin yüksəlməsi və Azərbaycanla Özbəkistan arasında tibbi əlaqələrin inkişaf etməsində mühüm rol pynayacağını bildirib. Sonda Prof. Qurbanxan Müslümov bu adın daşımağın onun üçün böyük bir şərəf olduğunu bildirib və bildirib ki, bu onun Özbəkistanda 7-ci universitetin professoru diplomudur və bu gələcəkdə Andicanda tələbələr, gənc həkimlər və eləcədə professor-müəllim heyyəti üçün cərrahiyyə üzrə ustad dərslərinin keçirilməsi, teletəbabətin inkişaf etdirilməsi və göstərilən yüksək texnologiyalı cərrahiyyənin öyrədilməsi yönümündə lazım olan bütün səylərini göstərəcək və bu Andicanda cərrahi xidmətin yüksəlməsinə təkan verəcəkdir.

                Günün ikinci yarısında, Dr. İlqar İsmayılov, Dr. Nicat Alışev, Dr. Zöhrə Azadova və PhD. Dr. Həcər Həsənovanın moderatorluğu ilə əməliyyat xana və cərrahiyyə tibb bacıları üçün tibb bacıları kursu təşkil edildi. Kursda  təqriban 100-dən çox tibb bacısı iştirak etdi. Eləcə də həkimlər üçün canlı cərrahiyyə kursu, anostomoz kursu və lazer proktologiya kursu ilə davam etdi və canlı cərrahiyyə çərçivəsində mürəkkəb pankreas, mədə və kolon əməliyyatları icra edildi. Əməliyyatlar həm zala həm də zoom üzərindən iştirakçılar üçün transliyasiya edildi.

                Konfransın son günündə Özbəkistan respublikası səhiyyə nazirliyinin təcili tibbi yardım elmi mərkəzinin Andican filialı ilə Minimal İnvaziv Cərrahlar Cəmiyyəti arasında əməkdaşlıq protokolu hazırlandı. Bu protokola əsasən 500-dən həkimi və 800-ə yaxın tibb personalı olan bu mərkəz öz mütəxəssis hazırlığı, oradaki təcili tibbi yardımın keyfiyyətinin artırılması yönümündə cəmiyyətin və treninq mərkəzinin imkanlarından yararlanacağı qərara alındı. Eləcə də, Andican Dövlət Tibb İnstitutu ilə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzi arasında danışıqlar aparıldı və gələcəkdə əməkdaşlıq memorandumun imzalanması və birgə əməkdaşlığın aparılması haqqında müzakirələr aparıldı.


Paylaş: